"Neftçi"nin 3 oyunçusu "Səbail"lə oyunu buraxacaq
14.03.2024 - 13:36
"Neftçi"nin 3 oyunçusu "Səbail"lə oyunu buraxacaq

Misli Premyer Liqasının 27-ci turunda “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçından əvvəl komandanın son durumu məlum olub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bərpa və müalicə prosesini davam etdirən Emil Balayev, Ataa Caber və Azər Əliyev bu oyunda iştirak edə bilməyəcəklər.

“Kəpəz”lə matçda zədələnən Emin Mahmudovun “Səbail” ilə qarşılaşmada meydanda olub olmayacağına isə oyun günü aydınlıq gələcək.

0