"Neftçi"nin futbolçuları milli komandalarına çağırılıblar
08.10.2024 - 21:11

“Neftçi”nin daha iki futbolçusu milli komandalarına çağırılıblar.
Apasport.az xəbər verir ki, Kilan Lebon Sent Martin, Edvin Kuç Monteneqro yığmasına dəvət olunub.
Kuçun şərəfini qoruduğu komanda UEFA Millətlər Liqasının Türkiyə və Uelslə oyunlarına sifariş olunub. Lebon isə KONKAKAF Millətlər Liqasında yığmasına kömək edəcək.
Qeyd edək ki, Kilan Sent Martin millisinin heyətində 3 oyunda 1, Edvin Monteneqro yığmasında 7 matçda 3 qol vurub.
- “Şamaxı” daha bir futbolçusu ilə yollarını ayırıb - RƏSMİ
- Emin İmaməliyev: "Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq"
- PFL Azərbaycan Kubokunun qalibi oldu
- Xalidu Sissoko: "Azərbaycanda oynamış ən yaxşı seneqallı futbolçu mənəm"
- Şahruddin Məhəmmədəliyevə Avropadan təklif: CİDDİ MÜŞTƏRİSİ VAR
0
0