Nicat Mehbalıyev Avstriya toplanışını gözləyir
07.07.2023 - 14:47
Nicat Mehbalıyev Avstriya toplanışını gözləyir

"Sabah"ın qapıçısı Nicat Mehbalıyevin yeni mövsümə harada başlayacağı hələ də dəqiqləşməyib. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, gənc qolkiperin "Qəbələ"yə keçidi gündəmdə olsa da, tam aydınlıq gəlməyib. 

Mehbalıyev "Sabah"ın heyətində Avstriyaya toplanışa yollanacaq. "Qəbələ" ilə yanaşı, fərqli komandalardan da təklif almış Mehbalıyevin 2023/2024 mövsümündə karyerasını harada davam etdirəcəyi Avstriya toplanışından sonra dəqiqləşəcək.

0