Keyn "Bavariya"dan əlavə 250 min avro alacaq
27.04.2024 - 13:24
Keyn "Bavariya"dan əlavə 250 min avro alacaq

Mərkəz hücumçusu Herri Keyn "Bavariya" rəhbərliyindən bonus alacaq.

Apasport.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, ingilis hücumçu bu mövsüm göstərdiyi performansa görə mükafatlandırılacaq. Mükafatın məbləği 250 min avro olacaq. Keynin müqaviləsinə əsasən, bir mövsümdə 40-dan çox məhsuldar ötürmə edərsə, ona mükafat veriləcək.

Hazırda Herri 41 matçda 40 qol vurub və 13 məhsuldar ötürmə edib. İngilis futbolçu ötən yay "Bavariya"ya keçib. Onun transferi üçün münhenlilər "Tottenhem"ə 110 milyon avro ödəyib.

0