Olimpiya mükafatçımız: "Medalım bərbad hala düşüb" - VİDEO
20.01.2025 - 13:29
Olimpiya mükafatçımız: "Medalım bərbad hala düşüb" - VİDEO

"Paris Olimpiadasından sonra mənim də medalım bərbad vəziyyətə düşdü". 

Bu sözləri apasport.az-a açıqlamasında Paris-2024-ün yunan-Roma güləşi üzrə bürünc mükafatçısı Həsrət Cəfərov deyib. 

Cəfərov turnirdən cəmi 3 gün sonra medalın keyfiyyətini itirdiyini bildirib: 

"Vətənə qayıdanda məni qarşılayan insanlar medalımın keyfiyyətsiz olduğunu bildirdilər. Hər kəs məndən soruşurdu ki, medalın niyə bu vəziyyətdədir? Halbuki mən medalımı 3 gün öncə almışdım. Medalım cəmi 3 günə bərbad hala düşmüşdü. İndi də gün keçdikcə vəziyyət daha da pisləşir. Medalın rəngi gedir, həmçinin paslanır". 

O da bir çox idmançı kimi medalını geri qaytarmağı düşünür: 

"Yeni və keyfiyyətli medalla əvəz edəcəklərini bilsəm, mən də medalımı geri qaytarardım".

Qeyd edək ki, dünya üzrə 100-dən çox idmançı Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar keyfiyyətsiz olduğu üçün medalları turnirin Təşkilat Komitəsinə göndəriblər.

Nərmin Vüqarqızı

0