Orxan Hüseynzadə “Qalatasaray” – “AZ Alkmaar” matçına təyinat alıb
18.02.2025 - 15:25
Orxan Hüseynzadə  “Qalatasaray” – “AZ Alkmaar” matçına təyinat alıb

UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

Apasport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində fevralın 20-də keçiriləcək “Qalatasaray” (Türkiyə) – “AZ Alkmaar” (Niderland) görüşünün UEFA nümayəndəsi olacaq.

Qarşılaşma İstanbul şəhərində yerləşən “Ali Sami Yen” stadionunda keçiriləcək.