Patrik Andradedən 3 illik müqavilə
23.06.2022 - 16:49

“Qarabağ”dan ayrılan Patrik Andradenin yeni klubu rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, kabo verdeli yarımmüdafiəçi karyerasını Serbiyada davam etdirəcək.
“Partizan” klubu 29 yaşlı orta sahə oyunçusu ilə 3 illik müqavilə imzalandığını açıqlayıb. Andrade yeni mövsümdən İliya Stolitsanın rəhbərliyi altında çıxış edəcək. Futbolçunun Azərbaycan çempionu ilə müqaviləsi bitdiyindən, Serbiya klubuna azad agent kimi keçib.
“Partizan” sabah onu ictimaiyyətə təqdim edəcək.
Qeyd edək ki, Patrik Andrade “Qarabağ”a 2020-ci ildə “Çerno More”dən keçib.
- Samir Abasov: "Abubakarın gəlişi bizə çox yaxşı təsir göstərəcək"
- Elmar Baxşıyev: “Gələcəkdə ev oyunlarını Naxçıvanda keçirmək ehtimalımız yüksəkdir”
- "Araz" “Neftçi” səfərindən bir xalla qayıdır - YENİLƏNİB
- Rəşad Sadıqov: “Bu şəkildə məğlub olmağımızı istəməzdim”
- Valdas Dambrauskas: “Sabah"ın öz kimliyini yaratmalıyıq”
0
1