La Liqa təmsilçilərindən "Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az "Team Talk"a istinadla xəbər verir ki, "Liverpul" türkiyəli yarımmüdafiəçini almaqda maraqlıdır.
Xatırladaq ki, Gülər ötən mövsümün ilk yarısını müxtəlif zədələrə görə buraxsa da, sonradan La Liqada keçirdiyi 10 matçda 6 qol vurmağı bacarmışdı.
Yarımmüdafiəçinin növbəti mövsümdə əsas heyətdə daimi yer alacağına zəmanət verilmir, buna görə də "Liverpul" matç təcrübəsinin zəmanəti ilə Ardanı komandaya cəlb edə bilər.
Daha əvvəl Gülərin "Real Sosyedad"a icarəyə veriləcəyi iddia edilirdi. “Los Blankos”un baş məşqçisi Karlo Ançelotti bu yaxınlarda Ardanın gələn mövsüm də “Santyaqo Bernabeu”da qalacağını bildirib.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir