Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda "Olimpiya" klubunun qonağı olacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Azərbaycan çempionu avqustun 23-ü saat 11:00-da Sloveniyaya yollanacaq.
Baş məşqçi Qurban Qurbanovun avqustun 23-ü yerli vaxt ilə 19:15-də (Bakı vaxtı ilə 21:15) mətbuat konfransı başlayacaq.
Media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşq isə yerli vaxt ilə 19:30-da (Bakı vaxtı ilə 21:30) başlayacaq. Hazırlıq prosesi matçın oynanılacağı “Stojitse” stadionunda baş tutacaq.
Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” oyunu avqustun 24-də keçiriləcək.
- "Qarabağ" "Çelsi" ilə oyundan əvvəl azarkeşlərə müraciət edib
- Bakı metropolitenində "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı
- Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"
- Azərbaycan derbisinə doğru: Qollar
- "Qarabağ" və "Neftçi" arasında baş tutan oyunlarda 13 avtoqol qeydə alınıb