“Qaradağ Lökbatan”ın baş məşqçisi: "Neftçi"dən yaxşı oynadıq"
21.12.2023 - 20:28
“Qaradağ Lökbatan”ın baş məşqçisi: "Neftçi"dən yaxşı oynadıq"

"Birinci hissədə komandamız üçüncü zonada pressinq edirdi. Fikrimiz var idi ki, rəqibə oynamağa imkan verməyək. Bu hardasa ilk yarıda bəhrəsini verdi. Amma ikinci yarıda istədiklərimiz alınmadı. "Neftçi"nin əvəzetmələrindən sonra böyükhesablı məğlubiyyət aldıq".

Apasport.az xəbər verir ki, bu sözləri "Qaradağ-Lökbatan"ın baş məşqçisi Azər Həşimov deyib.

- Birinci Liqada lidersiz. "Neftçi" altıncı pillədədir. Səviyyə fərq çoxdur?

- Bir o qədər də uçurum yoxdur. Əvvəl limit tətbiq edilirdi. Onda uçurum çox idi. İndi sərbəstdir, yaş limiti yoxdur. Bu dəqiqə Premyer Liqa klublarının büdcələri ilə birinci liqa büdcələri eyni deyil. 10 dəfə artıqdır. Burada keyfiyyətli oyunçular daha çoxdur. Birinci liqada isə daha istedadlı oyunçuları üzə çıxaraq ki, Azərbaycan futboluna xeyir versin.

- "Qaradağ Lökbatan"ın hədəf hansıdır?

- Premyer Liqaya vəsiqə qazanmaq. Bir neçə iddialı komandalar var. Çalışacağıq ki, Premyer Liqaya vəsiqə qazanaq.

- MOİK "Qarabağ"dan 90+4-cü dəqiqədə qol buraxdı...

- Sözün açığı, futbolçuları inandırdım ki, ən yaxşısını etməyə çalışacağıq. Amma reallığı danışaq. Elə epizodlarımız var idi ki, orada bir toxunuş edib, daha təhlükəli vəziyyət yaratmaq olardı. Təcrübə sözünü dedi. "İmişli" də "Qəbələ"yə uduzdu. Biz süni meydanda məşq edib, təbii otda oynayanda çox çətin olur. Ayaqlar tutulur. İlk yarıda "Neftçi"dən də yaxşı oynadıq.

 

0