“Qəbələ”dən səfər qələbəsi
30.09.2022 - 20:51
“Qəbələ”dən səfər qələbəsi

Bu gün Misli Premyer Liqasında VIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonrakı turun ilk günündə bir matç keçirilib.

Günün yeganə qarşılaşması Bakıda baş tutub. “ASCO Arena”da “Səbail” “Qəbələ”ni qəbul edib.

Görüşün qarşılıqlı hücumlarla keçən ilk 45 dəqiqəsi qolsuz başa çatıb. Fasilə ərəfəsində meydan sahibləri azlıqda qalıb.

Matçdakı bütün qollar ikinci hissədə vurulub. Öncə İsnik Alimi, ardınca Ağabala Ramazanov penaltidən dəqiq olub. “Qəbələ”nin qələbə qolunu son dəqiqədə Ülvi İsgəndərov vurub – 2:1.

Qeyd edək ki, tura oktyabrın 2-də yekun vurulacaq.

Misli Premyer Liqası
VIII tur
30 sentyabr (cümə)

19:00. “Səbail” – “Qəbələ” - 1:2
Qollar: 
Ağabala Ramazanov, 61 (pen.) // İsnik Alimi, 54 (pen.), Ülvi İsgəndərov, 90
Qırmızı vərəqə: Qustavo de Fransa, 43
Baş hakim: Fərid Hacıyev
“Səbail”: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 39. Tural Bayramlı, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 30. Franko Mazurek, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“ASCO Arena”

1

Qarabağ

6

6

0

0

21-5

18

2

Neftçi

7

6

0

1

16-6

18

3

Sabah

7

5

1

1

16-7

16

4

Qəbələ

8

5

0

3

13-8

15

5

Turan Tovuz

6

3

1

2

5-5

10

6

Zirə

7

3

1

3

9-15

10

7

Səbail

8

1

2

5

8-12

5

8

Kəpəz

7

1

0

6

6-18

3

9

Sumqayıt

7

0

3

4

1-10

3

10

Şamaxı

7

0

2

5

4-13

2

Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi "Qarabağ") – 7, Coy Lens Mikels ("Sabah") – 5 qol.

0