“Qəbələ” seneqallı futbolçu ilə yollarını ayırdı - RƏSMİ
06.07.2026 - 17:46
“Qəbələ” Seydina Keyta ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 21 iyun 2026-cı il tarixində bağlanmış müqaviləyə onun şəxsi problemləri səbəbindən qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub 33 yaşlı mərkəz müdafiəçisinə gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Seydina Keyta bu ilin yanvarından "Qəbələ"də çıxış edirdi. Seneqallı futbolçu "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0