“Qəbələ”nin AFFA-dan istəyi – yardımı artırın
29.06.2022 - 11:20
“Qəbələ”nin AFFA-dan istəyi – yardımı artırın

“Qəbələ” AFFA-ya məktubla müraciət edib.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, burada əyalət klubunun yeni mövsümlə bağlı assosiasiyadan istəkləri öz əksini tapıb.

Konfrans Liqasında mübarizə aparacaq “qırmızı-qaralar” onlara ayrılacaq yardım paketinin miqdarının artırılmasını qurumdan xahiş edib. 2 milyon manat vəsaitin klubun normal fəaliyyət göstərməsi üçün yetərli olmadığı məktubda faktlarla göstərilib.

“Qəbələ”nin istəyi böyük məbləğ əldə etmək deyil. Söhbət bir neçə yüz min manatdan gedir.

0