Qurbanov Nərimanın gedişi barədə: "Onu da başa düşmək lazımdır"
10.02.2026 - 17:45
Qurbanov Nərimanın gedişi barədə: "Onu da başa düşmək lazımdır"

"Qarabağ" Misli Premyer Liqasının XIX turunda səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov bir sıra açıqlamalar verib.

Təcrübəli mütəxəssis Nəriman Axundzadənin ABŞ-yə transferi məsələsini dəyərləndirib: "Danışıqlar ciddi gedir. Sona yaxınlaşırıq. Qərar tam verilməyib. Bu gün də oyundan sonra bir futbolçu yaxınlaşıb deyir ki, mənə yaxşı təklif var. Getməyimi istəyirsiz, yoxsa qalmağımı? Bir az sakitləşməyə çalışırıq. Yenə belə xəbərlər gəlir. Xoşagəlməz deməzdim, futbolçunu da başa düşmək lazımdır. Sadəcə təkliflər elə yerlərdən gəlir ki, yalnız pula görə oraya getmək olar. Bunlara yox da demək olmur. Çalışırıq ki, onları oyunlara yaxşı hazırlayaq".

Qeyd edək ki, Nəriman Axundzadə MLS təmsilçisi "Kolumbus Kru" komandasına transfer olunub.