“Real” üçün 45 milyonluq müdafiəçi
06.12.2022 - 18:46
“Real” üçün 45 milyonluq müdafiəçi

“Real” heyətinə yeni müdafiəçi qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Pedro Porronun xidmətində maraqlıdır.

Hazırda “Sportinq”də çıxış edən arxa xətt oyunçusu Dani Karvaxalı əvəzləməlidir. Lakin “Real”ın istədiyi müdafiəçiyə digər klublar da elçi düşüb. O, “Barselona”, “Tottenhem” və “Yuventus”un maraq dairəsindədir.

Qeyd edək ki, Porronun “Sportinq”lə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. Portuqaliya klubu onun satışından 45 milyon avro əldə etmək niyyətindədir.
 

0