FIFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinat alıb.
Apasport.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit raundunun 3-cü qrupunda keçiriləcək oyunları idarə edəcək.
Kamal Umudlu 3 qarşılaşmada ədaləti qoruyacaq. Təmsilçimiz martın 19-da Niderland – Xorvatiya, 25-də Çexiya – Niderland matçlarının baş hakimi olacaq.
FIFA referisi martın 22-də Çexiya – Xorvatiya qarşılaşmasında isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Namik Hüseynov isə həmin görüşlərin köməkçi hakimi olacaq.
Qeyd edək ki, qrup mərhələsinin oyunları Çexiyada təşkil olunacaq.
- Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib”
- Zaur Həşimov: “Məqsədimiz Premyer Liqada qalmaqdır”
- “Şəfa” Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"
- Toralın komandasından məğlubiyyət