Misli Premyer Liqasının XXI turunda "Turan Tovuz" "Zirə"ni qəbul edib - 2:0.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
"Oyuna çox pis başladıq və qapımızda iki qol gördük. Həmin dəqiqələrdə komandada çaşqınlıq var idi. Birinci hissəni çox pis keçirdik. İkinci yarıda isə tam əksi oldu. Rəqibin kompakt müdafiəsini yara bilmədik. Fasilədən sonra futbolçular çalışdılar. Amma matçın əvvəlində buraxılan səhvləri sonradan düzəltmək alınmadı".
- Birinci hissədə dəyişiklik etdiz. Səbəb nə idi?
- Oyunun əvvəlində İsmayıl İbrahimlidə müəyyən narahatlıq var idi. Onu meydana buraxıb-buraxmamaq barədə fikiləşirdik. Hiss olunurdu ki, oyununa təsir etdi. Hesabda geriyə düşdük və dəyişikliyə getdik.
- "Zirə"nin əvəzedici komandasını izləyirsiz? Bu mövsüm əsas komandaya əvəzedici heyətdən oyunçu dəvət etmirsiz deyəsən...
- Mütəmadi olaraq uşaqları dəvət edirik. Əvəzedicilər Liqasını izləyə bilmirəm. Amma oradan komandaya oyunçular dəvət edirik. Kimi hazır görsək, oyuna buraxacağıq.
- Oyunboyu "Turan Tovuz" azarkeşləri sizi qarşı şüarlar səsləndirdi, atmacalar atdılar. Bunu nə ilə əlaqələndirirsiz?
- Açığı, mən də oyunboyu bilmədim, başa düşmədim onu. "Turan Tovuz" mənə doğma komandadır. Fikir bildirməyəcəm. Çünki səbəbini bilmədim.