“Sabah” “Barselona”nı bu stadionda qəbul edəcək - UEFA AÇIQLADI
05.09.2026 - 10:43
“Sabah” “Barselona”nı bu stadionda qəbul edəcək - UEFA AÇIQLADI

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını keçirəcəyi məkan müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

“Bayquşlar” rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcəklər.

UEFA-nın açıqladığı təqvimə əsasən, “Sabah”ın ev oyunları aşağıdakı tarixlərdə keçiriləcək:

13 oktyabr
20:45. “Sabah” – “Slaviya” (Çexiya)

20 oktyabr
20:45. “Sabah” – “Borussiya” (Dortmund, Almaniya)

25 noyabr
21:45. “Sabah” – “Barselona” (İspaniya)

20 yanvar
21:45. “Sabah” – “Napoli” (İtaliya)