“Sabah” “Neftçi”nin müdafiəçisi Azər Əliyevi heyətinə qatmaq haqda düşünür.
Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi müdafiənin sol cinahındakı rəqabəti artırmaq və yerli limitini genişləndirmək üçün millimizin də formasını geyinən Əliyevi transfer etmək istəyir.
Bu keçidin reallaşıb-reallaşmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.
Məsələ burasındadır ki, “Sabah” “Neftçi”nin digər futbolçusu Eddi İsrafilovu da heyətinə qatmaq niyyətindədir. İsrafilovun “Neftçi” ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq.
Əliyev isə 2025-ci il iyunun 30-na qədər “ağ-qaralar”a məxsusdur. Buna görə də, paytaxt klubu “Sabah”dan transfer üçün təzminat istəyəcək.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir