“Sabah”dan ayrıldı - Rusiya klubuna transfer oldu
26.01.2026 - 20:21
"Sabah"dan ayrılan Ayaz Quliyevin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu karyerasını Rusiyada davam etdirəcək.
29 yaşlı yarımmüdafiəçi "Arsenal"la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçu Tula təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ayaz Quliyev 2023-cü ilin yayından "Sabah"da çıxış edirdi.
0
0