3 dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 saylı Respublika Xüsusi İnternat Məktəbinin şagirdləri ilə görüş keçirilib.
Apasport.az xəbər verir ki, görüşdə Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti Elşad İbrahimli, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, məktəbin direktoru İradə Vəzirova və idman müəllimi Günay Məmmədova iştirak ediblər.
Məqsəd uşaqların sağlam həyata inteqrasiyası və onların arasında görmə məhdudiyyətlilərin futbolunu inkişaf etdirməkdir.
Sonda görmə məhdudiyyətli uşaqlara xüsusi səsli toplar hədiyyə olunub.
- Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib”
- Zaur Həşimov: “Məqsədimiz Premyer Liqada qalmaqdır”
- “Şəfa” Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"
- Toralın komandasından məğlubiyyət