Şahruddin Məhəmmədəliyev: "Bu, ağır olacaq"
27.05.2022 - 22:02
Şahruddin Məhəmmədəliyev: "Bu, ağır olacaq"

“Çox qol vura bilmədik. Onlar qalib gəlsəydi, biz təbrik edib evə gedəcəkdik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Şahruddin Məhəmmədəliyev deyib.

Təcrübəli qapıçı Azərbaycan kubokunun “Zirə” ilə final oyunundan (1:1, p.4:3) sonra matç barədə fikirlərini jurnalistlərə açıqlamasında bildirib: “Biz qələbə qazandıq və onlar bizi təbrik etdilər. Ən yaxşı mövsümümüz oldu. Zədələr olsa da, avrokuboklarda qrupdan çıxdıq, çempionatda və kubokda qalib olduq. Qarşıda yığmanın oyunları var. Orada da həmişəki kimi çalışacağıq. Çox şey istəyirik. Toparlanmalı, millidə də başa düşməliyik ki, bu klub deyil, yığmadır. Burada qələbə üçün hər şeyi verməliyik. Əlim sınmışdı. Birinci dəfə sındı, oynadım, yenidən sındı. Necə olduğunu özümüz də bilmədik. Çox şey demək istəmirəm. Komandamızın ətrafında ajiotaj böyükdür. Çempionlar Liqasındakı uğuru bizdən çox istəyən yoxdur. Çox istəyirik ki, yenidən qrupa düşək, Azərbaycan xalqını sevindirək. Torpaqlarımızı qaytarandan sonra ilk dəfə qrupa düşəndə, pley-offa çıxdıq. Biz pley-offda oynayanda Qarabağ azad olunmuşdu. Yenidən çalışıb Çempionlar Liqasının qrupuna düşmək istəyirik. Bu, ağır olacaq. Amma bunun üçün hər şey edəcəyik. Bizim qədər bunu istəyən az olar”.

0