Mövsümün əvvəlində “Zirə”dən İsveçin “Malmö” klubuna transfer olunan Salifu Suma Azərbaycana qayıda bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, 22 yaşlı vingerlə "qartallar" yaxından maraqlanır.
Premyer Liqa təmsilçisinin rəhbərliyi komandanın hücum xəttində yaşanan problemlər və zədəli futbolçuların çoxluğu səbəbindən heyəti gücləndirməyi planlaşdırır. Hazırda futbolçunun mümkün keçidi ilə bağlı müzakirələr aparılır.
İsveç klubunun Sumanı icarə əsasında buraxmağa müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Salifu Suma bu mövsüm “Malmö”nün heyətində 5 rəsmi matçda forma geyinib.
- İntizam Komitəsinin iclası keçirilib
- “Qarabağ” Abbas Hüseynovla yollarını ayırdı - RƏSMİ
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kubokunda hakim qalmaqalı – İki sarı vərəqə göstərdi, qırmızı vermədi
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB