![“Şamaxı”nın braziliyalısı “Qəbələ”də](https://apasport.az/storage/news/2022/june/16/big/62ab58884ea5162ab58884ea52165539648862ab58884ea4f62ab58884ea50.jpeg)
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” yay fasiləsində üçüncü transferini gerçəkləşdirib.
Komandamız heyətini braziliyalı hücumçu Felipe Santosla gücləndirib. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Ötən mövsümü “Şamaxı”da keçirən Felipe Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. O, bunadək Braziliyada “Paulista” (2014-2016), Sloveniyada “Ankaran Hrvatini” (2017-2018) və “Maribor”da (2018-2021) çıxış edib.
Qeyd edək ki, “Qəbələ” bunadək İlkin Qırtımov və Səlahət Ağayevi heyətinə qatıb.