“Şəfa”dan yeni transfer: FRANSALI FUTBOLÇU BAKIDA
10.07.2026 - 14:04
"Şəfa" yeni transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi yarımmüdafiəçi Musa Quelini heyətinə qatıb. 27 yaşlı fransalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Musa son olaraq Şimali Makedoniyanın “Tikves” klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan” klublarının formasını geyinib.
0
0