Slovakiya millisinin məşqçisi: "Bakıda bizi çətin oyun gözləyir"
08.10.2024 - 14:37
Slovakiya millisinin məşqçisi: "Bakıda bizi çətin oyun gözləyir"

Slovakiya millisinin məşqçisi Pavol Farkaş apasport.az saytına açıqlama verib.

Futbolçu kimi Azərbaycan klublarından "Qəbələ"də oynamış slovakiyalı millimizlə oyun barədə danışıb:

"Azərbaycan millisinin yaxşı komanda olduğunu onsuz da bilirdim. Özüm də bu haqda bildirmişdim. Bu qrupda onlara qarşı oynayıb qələbə qazanmışıq. Buna baxmayaraq, qələbə heç də asan olmamışdı. İkinci hissədə Azərbaycan millisi qol epizodları yaratmağı bacarmışdı. Bir neçə qol imkanı əldə etmişdi. Yəni bir az arxayınlaşan kimi Azərbaycan bundan istifadə edir. Onlarla yenə qarşılaşacağıq. Düzdür, bir-birimizlə oyuna qədər fərqli komandalarla oynayacağıq. Azərbaycandakı oyunun çətin olacağını yaxşı başa düşürük. Təbii ki, arxayınlaşmaq fikrimiz yoxdur. Sona qədər mübarizə aparacağıq. Əlbəttə, Azərbaycanda qələbə qazanmaq niyyətindəyik. Necə alınacağını oyun göstərəcək. Bakıda da bizi çətin oyunun gözlədiyini bilirik. Ümidvaram ki, hər şey yaxşı alınacaq".

Qeyd edək ki, Farkaş "Kyevo" və "Ternana"da oynadıqdan sonra 2014-cü ildə "Qəbələ"yə keçmişdi. Bir ildən sonra isə komandanı tərk etmişdi.

0