Snayperlərimiz dünya çempionatında
24.09.2024 - 18:59
Gənclər arasında atıcılıq üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.
Apasport.az xəbər verir ki, yığmamız Perunun paytaxtı Limada 7 snayperlə təmsil olunacaq.
Sentyabrın 26-dan oktyabrın 7-dək keçiriləcək mundialda Leyli Əliyeva, Sofiya Barxalova, İmran Qarayev, Vladislav Kalmıkov, Hacı Musayev və Zeynəb Sultanova tapançadan atəş açmada mübarizə aparacaqlar. Nigar Ramazanova isə tüfəngdən hədəfi nişan alacaq.
Qeyd edək ki, çempionatda 50 ölkədən 536 atıcı iştirak edəcək.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0