Təxirə salınan matçın hakimləri bəlli olub
24.02.2026 - 10:50
Misli Premyer Liqasının XIV turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” oyununun hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, bu gün keçiriləcək qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq.
Ona yan xətt hakimləri kimi Kamran Bayramov və Müslüm Əliyev kömək edəcək. Dördüncü hakim funksiyasını isə Əkbər Əhmədov yerinə yetirəcək.
VAR hakimi Əliyar Ağayev, AVAR isə Zeynal Zeynalov olacaq.
Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə İlham Əliyev təyin edilib.
- İntizam Komitəsinin iclası keçirilib
- “Qarabağ” Abbas Hüseynovla yollarını ayırdı - RƏSMİ
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kubokunda hakim qalmaqalı – İki sarı vərəqə göstərdi, qırmızı vermədi
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
0
0