“Trabzonspor”un futbolçusu “Qarabağ”da – “Gəlirəm”
07.09.2022 - 15:30
“Trabzonspor”un futbolçusu “Qarabağ”da – “Gəlirəm”

“Qarabağ” “Trabzonspor”dan ayrılan Benqali-Fode Koyta ilə anlaşıb.

Apasport.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib. 

O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”.

Qeyd edək ki, 31 yaşlı fransalı hücumçu ölkəsinin U-21, Qvineyanın əsas millisində oynayıb. O, karyerası ərzində “Monpelye”, “Havr”, “Lans”, “Kan”, Blekbern”, “Kasımpaşa” klublarında da çıxış edib.

1