“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib
29.06.2024 - 17:17
“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

“Turan Tovuz” iki futbolçu ilə müqavilənin müddətini uzadıb.

Klubdan apasport.az-a verilən məlumata görə, bölgə təmsilçisi Moldova millisinin də şərəfini qoruyan müdafiəçi Denis Marandiçi ilə 2, yarımmüdafiəçi Eltun Turabovla isə 1 illik yeni müqavilə bağlayıb.

D.Marandiçi “Turan Tovuz”un heyətində 47 oyun keçirib. E.Turabov isə iki mövsümdür Tovuz klubunda çıxış edir.

0