Türkiyə millisinin matçının hakimləri bəlli oldu
24.03.2026 - 14:59
Türkiyə millisinin matçının hakimləri bəlli oldu

DÇ-2026-nın seçmə mərhələsinin pley-off turunun Türkiyə - Rumıniya matçının təyinatları açıqlanıb.

Apasport.az xəbər verir ki, oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Fransua Leteksye olacaq. Ona yan xətt hakimləri Siril Munye ilə Mehdi Rahmuni köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Benua Bastyen yerinə yetirəcək.

Qeyd edək ki, Türkiyə - Rumıniya qarşılaşması 26 mart tarixində "Beşiktaş Park" stadionunda keçiriləcək.