Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir.
Apasport.az xəbər verir ki, gündə iki dəfə parket üzərinə çıxan gənclər fiziki və taktiki planda çalışır.
3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçının iştirak etdiyi toplanış yanvarın 23-də başa çatacaq və komanda gecəyarısı qrup oyunlarının keçiriləcəyi San Marinoya yola düşəcək. Yanvarın 12-də Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyununda “Metropoliten”i məğlub edən (9:2) milli həftəsonu daha bir rəsmi görüş keçirəcək.
İlqar Aslanovun baş məşqçisi olduğu komanda bu dəfə ¼ final mərhələsinin oyununda “Şuşa” ilə üz-üzə gələcək. Məşqçilər korpusu səfərə qədər daha bir görüşdə komandanı sınamağı düşünürlər.
U-19 AÇ-2025-in ilkin mərhələsinin B qrupunda yanvarın 25-də Kosovo, ertəsi gün San Marinodan olan həmyaşıdları ilə qarşılaşacaq. Oyunlar San Marinoda təşkil olunacaq. Baş məşqçi İlqar Aslanov səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparacaq.Avropa çempionatının ilkin mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. Gündə iki dəfə parket üzərinə çıxan gənclər fiziki və taktiki planda çalışır.
3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçının iştirak etdiyi toplanış yanvarın 23-də başa çatacaq və komanda gecəyarısı qrup oyunlarının keçiriləcəyi San Marinoya yola düşəcək. Yanvarın 12-də Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyununda “Metropoliten”i məğlub edən (9:2) milli həftəsonu daha bir rəsmi görüş keçirəcək. İlqar Aslanovun baş məşqçisi olduğu komanda bu dəfə ¼ final mərhələsinin oyununda “Şuşa” ilə üz-üzə gələcək. Məşqçilər korpusu səfərə qədər daha bir görüşdə komandanı sınamağı düşünürlər.
U-19 AÇ-2025-in ilkin mərhələsinin B qrupunda yanvarın 25-də Kosovo, ertəsi gün San Marinodan olan həmyaşıdları ilə qarşılaşacaq. Oyunlar San Marinoda təşkil olunacaq. Baş məşqçi İlqar Aslanov səfərə 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparacaq.
- Azərbaycan Kuboku: “Difai” “Sumqayıt” səfərində - YENİLƏNİR
- Abubakar: "Sergen Yalçın bacarırsa, indi də komandanı çempion etsin"
- "Araz-Naxçıvan" "Kəpəz"lə münasibətlərə aydınlıq gətirəcək - YENİLƏNİR
- Günün oyunları bu kanallarda
- "Araz-Naxçıvan" "Benfika" ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib