UEFA reytinqində Rusiyanı qabaqladıq
15.12.2023 - 11:48
UEFA reytinqində Rusiyanı qabaqladıq

“Qarabağ”ın “Hakken” üzərindəki qalibiyyətindən sonra Azərbaycan UEFA  reytinqində 1 pillə irəliləyib.

Apasport.az xəbər verir ki, Avrokubokların qrup mərhələsinin VI turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Ağdam təmsilçisi pley-offa yüksəldiyi üçün reytinqimizə daha 0,500 əmsal yazılıb. Nəticədə cari mövsümdəki xallarımız 4,875-ə, son 5 mövsümdəki əmsalımız 19,125-ə çatıb. Bununla da Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq, 28-ci yerə yüksəlib.

Qeyd edək ki, Reytinqdə İngiltərə 100,533 əmsalla birinci pillədədir. 

0