"Xarı Bülbül Şuşa" "Murov AZ Terminal"a qarşı
09.12.2023 - 18:33
"Xarı Bülbül Şuşa" "Murov AZ Terminal"a qarşı

Kişi voleybolçular arasında Azərbaycan çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışlarda növbəti oyunların keçirilmə yeri və vaxtı dəqiqləşib.

Dekabrın 10-na təyin olunan növbəti turda voleybolsevərlər 2 matç izləyə biləcəklər.
Günün ilk qarşılaşmasında “Murov AZ Terminal”la “Xarı Bülbül Şuşa” qarşılaşacaq. Görüş saat 15:00-da başlayacaq.
Saat 18:00-da isə “Azərreyl” “Xarı Bülbül Laçın” qarşılaşması start götürəcək. 
Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

0