Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci il üçün təqvim-planına uyğun olaraq, Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün bağlanış yarışı keçirilib. Apasport.az saytının xəbərinə görə, 3 yaş qrupu üzrə təşkil edilən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 60-dan artıq idmançısı iştirak edib.
15 yaşadək idmançılar arasında ən yaxşı nəticə göstərən 8 saylı İdman Olimpiya Məktəbinin üzvü David Proherkus 1-ci yeri tutub. İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin velosipedçisi Bakir Dadaşov 17 yaşadək velosipedçilərin mübarizəsində hamını qabaqlayıb. Gənclər, U-23 və Elit kateqoriyasında isə "Lokomotiv" klubunun nümayəndəsi Kərim Şirəliyev mövsümün son yarışını qələbə ilə başa vurub.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb