“Rusiya millisinin qarşısında həmişə yalnız 1-ci yer uğrunda mübarizə aparmaq vəzifəsi durur.” Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Şahmat Federasiyasının İdarə Heyətinin rəhbəri Mark Qluxovski deyib.
O bildirib ki, bu ilin noyabrında İslandiyada keçiriləcək Avropa çempionatında qələbə üçün mübarizə aparacaq şimallıların əsas rəqibləri sırasında Azərbaycan millisi də var: “İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək komandalararası Avropa çempionatı da istisna deyil. Bu turnirdə yığmamızı Aleksandr Qrişuk, Yevgeni Tomaşevski, Pyotr Scidler, Dmitri Yakovenko və Yan Nepomnyaşi təmsil edəcək. Uzun müddətdi ki. qitə çempionu ola bilmirik. Yarışdakı əsas rəqiblərimiz dəyişməz qalır. Bunlar Azərbaycan. Ermənistan, Ukrayna, Macarıstan, Almaniya, Fransa və İngiltərə yığmalarıdı”.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub