Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya Kubokunun qalibi olan yaponiyalı Yuki Nakayama gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq Olimpiya oyunlarına lisenziya qazanıb. Apasport.az saytının məlumatına görə, qadınların stend atıcılığının trap növündə hamıdan güclü olan asiyalı qızıl medal qazandıqdan sonra yarış haqda fikirlərini açıqlayıb.
O, Qəbələdə əldə olunan uğurun vacibliyini qeyd edib: “Olimpiya Oyunlarına lisenziya qazandım. Bunun üçün çox xoşbəxtəm. Buna Qəbələdə keçirilən Dünya Kubokunda nail olmağım çox vacib idi. Məni dəstəkləyənlərin hamısına təşəkkür edirəm. Şadam ki, onları qələbəylə sevindirə bildim”
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb