“Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının qalibi olmaq arzusundayam. Buna şansım 50 faizdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qəbələdə keçirilən stend və güllə atıcılığı üzrə Dünya Kubokunda iki medal qazanan cənubi koreyalı Kim Çeonqyonq deyib.
18 yaşlı idmançı tapança ilə atəş açmaqda 10 metrdə qızıl, 50 metrdə bürünc əldə edib. O, bu uğurunu davam etdirmək iddiasındadı: “Qalib gəlməyin sirrini bilirəm. Bunun üçün məşq etmək lazımdı. Yalnız hazırlıq haqda düşünürəm. Yarış vaxtı isə başqa şey haqda düşünmək lazım deyil. Ancaq atəş açmaq haqda fikirləşməlisən ki, hədəfə düşəsən”.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb