Beynəlxalq Olimpiya Komitəsi Osvald komissiyasının dopinq araşdırmaları ilə bağlı daha 11 idmançını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, 2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarının iştirakçısı olan rusiyalı atletlərə ömürlük cəza verilib.
Bunlar xizəkçilər Nikita Kryukov, Aleksandr Bessmertnıx, Natalya Matveyeva, kirşəçilər Albert Demçenko, Tatyana İvanova, konkisürənlər İvan Skobrev, Artyom Kuznetsov, bobsleyçilər Lüdmila Udobkina, Maksim Beluqin, hokkeyçilər Tatyana Burina və Anna Şukinadı.
Bu idmançıların Soçi-2014-dəki nəticələri ləğv olunub. Demçenkonun gümüş medalı əlindən alınıb. Onun Tatyana İvanova, Aleksandr Denisov və Vladislav Antonovla birlikdə estafetdə qazandığı gümüş də hesabdan silinib.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar