Sabah start götürəcək 2018-ci ilin Qış Olimpiya Oyunları yeni rekordla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, yaponiyalı idmançı Noriaki Kasai Cənubi Koreyanın Pxençxan şəhərində start xəttinə çıxmaqla “Ağ Olimpiada”ların rəmzinə çevriləcək.
Belə ki, xizəklə tramplindən tullanma yarışlarında mübarizə aparan asiyalı özünün 8-ci olimpiadasında qüvvəsini sınayacaq. Bu, Qış Olimpiya Oyunları tarixində yeni rekorddu.
46 yaşlı yaponiyalı 1992-ci ildən sonra bütün Qış Olimpiya Oyunlarında iştirak edib.
İndiyədək Kasai 7 yarışda mübarizə aparmaqla rekordun şəriki idi. Onun kimi rusiyalı kirşəçi Albert Demçenko da eyni sayda olimpiadada çıxış edib.
Qeyd edək ki, Kasai əvvəlki 7 cəhdində 2 gümüş və 1 bürünc medala yiyələnib.
- Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunda rekord
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər