Bakıda “Formula-2” üzrə yarışının VII mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, 20 pilotun qatıldığı 29 dövrəli mübarizə “PREMA Racing” komandasının pilotu Şarl Leklerin qələbəsi ilə yekunlaşıb.
20 yaşlı pilot 1:54.025 nəticə göstərib. İkinci yeri Niderland "Rapax"ından Nik De Vries (1:54.891), üçüncü pilləni isə Kanada DAMS-ından Nikolas Latifi (1:54.935) tutub.
Yarışda 14 pilot çıxışını sonadək davam etdirib. Antonio Fuoko (İtaliya, “Prema Racing”), Coni Sekottonun (Venesuela, “Rapax”) Şon Gelaelın (İndoneziya, “Pertamina Arden”), Sergey Sirotkin (Rusiya, “ART Grand Prix”), Nobuharu Matsuşita (Yaponiya, “ART Grand Prix”) və Qustav Malyanın (İsveç, “Racing Engineering”) qəza törətdiklərindən mübarizəni vaxtından əvvəl dayandırıblar.
Qeyd edək ki, “Formula-2” VIII mərhələsi sabah olacaq. Pilotlar saat 14:00-da start götürəcək yarışda 21 dövrə vuracaqlar.
- Milli Olimpiya Komitəsində federasiya nümayəndələri üçün seminar keçirilib
- Azərbaycan fiqurlu konkisürəni İtaliyadakı turnirdə üçüncü olub
- Bakıda Kamandan Oxatma üzrə ölkə birinciliyinə start verilib
- İki badmintonçumuz ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib