[b]AÇ-2016: Rusiya millisinin heyətində dəyişiklik[/b]
22.05.2016 - 21:31
[b]AÇ-2016: Rusiya millisinin heyətində dəyişiklik[/b]

Rusiya milli komandasının və Moskva MOİK-inin yarımmüdafiəçisi Alan Zaqoyev Avropa çempionatını buraxacaq. Apasport.az saytının məlumatına görə, bu bərədə Rusiya Futbol Federasiyası xəbər yayıb.

 

Belə ki, “Rubin”lə son turun matçında zədələnən oyunçunun ayağında qırıq aşkarlanıb.

 

25 yaşlı yarımmüdafiəçinin əvəzinə milli komandaya “Krasnodar”ın üzvü Dmitri Torbinski dəvət edilib.

0