[b]Albert Səlimova qızıl medalı İlham Əliyev təqdim etdi[/b] - FOTO
27.06.2015 - 18:32
Azərbaycanın boks yığmasına I Avropa Oyunlarında növbəti qızıl medalı Albert Səlimov qazandırıb. Apasport.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn idmançımız fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.
Səlimovun fransalı boksçu Sofian Oumina ilə final görüşünü Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.
Boksçumuza qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.
Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
0
0