“APA Holding”in tərkibinə daxil olan, Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efirə başlamasından 5 il keçir. Apasport.az saytının məlumatına görə, APA TV 2013-cü il mayın 29-da internet üzərindən canlı yayıma başlayıb.
APA TV gündə 14 saat canlı yayımlanır, xəbərlər, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişləri tamaşaçılara təqdim edir.
Analoq televiziya formatında fəaliyyət göstərən APA TV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.
Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.
5 yaşın mübarək, APA TV!
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib