“Avropa Oyunlarını alovlandırılan qığılcım məhz Azərbaycanda alovlandı. Azərbaycan prezidenti İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür edirəm”. APA-nın məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki I Avropa Oyunlarının rəsmi bağlanış mərasimindəki çıxışında deyib.
Patrik Hikki belə böyük layihənin reallaşmasında xidməti olan hər kəsə, o cümlədən könüllülərə təşəkkür edib: “Siz bu oyunlara, innovasiyalara açıq fikirlə yanaşdınız. Avropa atletlərinə minnətdarlıq edirəm. Siz bizə belə möhtəşəm idman bayramını bəxş etdiniz. “Rio-2016”da bütün dünyanın qarşısına çıxmağa hazırsınız. İdman bizi birləşməyə aparır. Bu, gələcəkdə Avropa Oyunlarının əsaslanacağı yarış oldu. Avropadakı dostlarıma və bütün dünyaya deyirəm ki, Azərbaycanın gələcəyi parlaqdır. Çox sağ ol Bakı, çox sağ ol, Azərbaycan!”
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”