Azərbaycan prezidenti İlham Əliyev, xanımı, Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Avropa Oyunları Parkının açılışında iştirak ediblər. APA-nın məlumatına görə, dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan prezidentinə və xanımına məlumat verib ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdi.
Prezident və xanımı parkda görülən işlərlə tanış olublar. Sonra dövlət başçısı və parkın ərazisində Oyunlar zamanı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxıb.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub