Mayın 13-də Rusiyada start götürəcək taekvondo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Çelyabinsk şəhərindəki “Traktor” arenasında 5 gün davam edəcək mundialda ölkəmizi 15 idmançı təmsil edəcək.
Belə ki, kişilərdən ibarət komandanın baş məşqçisi Reza Mehmandoust dünya çempionatında Mikayıl Əliyev (54 kq), Məhəmməd Məmmədov (58 kq), Sina Bahrami (63 kq), Ayxan Tağızadə (68 kq), İlkin Şahbazov (74 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (87 kq), Əhməd Mohammadiyə (+87 kq) şans verəcək.
Qadınlar isə 7 taekvondoçu ilə təmsil olunacaq. Baş məşqçi Sun Mi Park bu mötəbər yarışda Çeren Özbək (46 kq), Patimat Abakarova (49 kq), Lazara Caridad Povea (53 kq), Günay Ağakişiyeva (57 kq), Daria Skorko (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeevanı (73 kq) sınaqdan keçirəcək.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Rusiyaya yollanacaq. Komandamız vətənə ayın 18-də dönəcək.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub