Taekvondo üzrə kişi və qadınlardan ibarət Azərbaycan yığmalarının baş məşqçi vəzifəsində dəyişiklik ediləcək. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov verib.
O bildirib ki, kişilərdən ibarət yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev, həmçinin qadın taekvondoçularımızın çalışdırıcısı Gündüz Abdullayevun işi federasiyanı qane etməyib. Bu səbəbdən də hər 2 komandamıza yeni baş məşqçi gətiriləcək: “İmaməliyevlə Abdullayev lazımı nəticəni qazana bilmədilər. Onların rəhbərliyi altında idmançılarımız Qran-pri turnirlərində Olimpiada üçün lazımı lisenziya xallarını da toplaya bilmirlər. Bu səbəbdən dəyişikliyə ehtiyac var. Lakin hər 2 mütəxəssis əsas komandada işlərini davam etdirəcəklər”.
Səfərovun sözlərinə görə, hər 2 posta əcnəbi mütəxəssislər dəvət ediləcək. Hazırda onlar arasında seçim edilir və danışıqlar aparılır: “Komandamızın yeni baş məşqçilərinin adlarını yaxın günlərdə açıqlayacağıq. Danışıqlar getdiyindən bunu demək hələ tezdir”.
Qeyd edək ki, İmaməliyev 13 ildir əsas komandamızın baş məşqçi idi. Abdullayev isə müxtəlif millilərdə 12 ildən artıq iş təcrübəsinə malikdir.
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb