Avropa Oyunları zamanı Azərbaycan millisinə cəlb olunan idman gimnastı Anna Pavlova karyerası ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakı-2015-də iştirak üçün 2014-cü ildə vətəndaşlığımızı qəbul edən 28 yaşlı idmançı bundan sonra sevimli peşəsi ilə məşğul olmayacaq.
Yığmamıza Sofiyada keçirilən Avropa çempionatında gümüş medal qazandıran Rusiya əsilli gimnast karyerasına nöqtə qoyub.
Qeyd edək ki, 2004-2014-cü illərdə Rusiya millisində çıxış edən Anna mötəbər yarışlarda yalnız 2-ci və 3-cü yeri tutub. İki dəfə Olimpiadanın bürünc medalçısı olan Pavlova dünya çempionatında da eyni uğuru təkrarlayıb. O, şimal qonşularımızın heyətində, həmçinin Avropa çempionatlarında 4 gümüş və 2 bürünc mükafat da qazanıb.
- Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
- Azərbaycanla Belarus arasında idman memorandumu
- III Xankəndi Ultramarafonuna yekun vurulacaq
- Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək
- Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub