Qazaxıstanın paytaxtı Astanada qadın boksçular arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha bir üzvü rinqə çıxıb.
64 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Ayzanat Hacıyeva Cayayra Qonzaleslə (ABŞ) qarşılaşıb və uduzaraq mübarizəni dayandırıb.
Axşam saatlarında isə daha bir boksçumuz - Yelena Vıstropova (75 kq) mübarizəyə qoşulacaq. Rioya lisenziya arzusunda olan təmsilçimiz startdaca Quançjoudakı dünya çempionatının finalında uduzduğu Savanna Marşallla üz-üzə gələcək.
Qeyd edək ki, Hacıyevadan öncə Alina Hacıyeva (81 kq) da məğlub olmuşdu. Komandamız Astanaya isə 9 boksçu ilə yollanıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək